backend

Elşad İskəndərovun ailəsində ağır itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sədri, fövqəladə və səlahiyyətli səfir, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərova ağır itki üz verib.
Editor.Az salamnews -a istinadən xəbər verir ki, E.İskəndərovun atası Hüseyn İsgəndərov ötən gecə İstanbulda vəfat edib.
Bu gün İstanbulun Halkalı rayonunda yerləşən Zeynəbiyyə məscidində cümə namazından sonra mərhum üçün cənazə namazı qılınacaq. Mərasimdə Türkiyə və Azərbaycandan bir sıra rəsmilərin də iştirakı gözlənilir.
Qeyd edək ki, İƏT Gənclər Forumunun mərkəzi ofisi İstanbul şəhərində yerləşir.
Allah rəhmət eləsin.