backend

Yasamalın icra başçısı postuna daha bir surpriz namizəd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə Prezident tərəfindən vəzifəsindən qovulan Yasamal rayon icra başçısının yerinə kimin təyin olunacağına aydınlıq gəlib. Etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Pirallahı rayon icra başçısı Vasif İmanov Yasamal rayonun başına gətiriləcək.
V.İmanovun Yasamala icra başçısı təyin olunmasına vasitəçiliyi SOCAR şefi Rövnəq Abdullayev edib.
Yasamala da yiyələnmək istəyən Rövnəq Abdullayevin bu arzusu yaxın günlərdə gerçəkləşəcək. Vasif İmanovun boş qalacaq yerinə Neft Şirkəti prezidentinin yaxın adamı təyin olunacaq. Beləliklə tabeçiliyində olan rayonların siyahısını artırmaqda olan Rövnəq Abdullayevin hakimiyyətdə mövqeyi möhkəmlənməkdədir.
//Realliq.info