Qənirə Paşayevanın rəhbərlik etdiyi İctimai Birlikdən “Evdə qal” kampaniyasına dəstək…

01:20 | 5 Aprel, 2020

Artıq bir neçə gündür ki millət vəkili Q.Paşayevanın rəhbərlık etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) və Tovuz Gənclər Evinin təşkilatçılığı ilə Gənclər Evinin könüllülərdən ibarət qrup üzvləri yaşı 65-dən çox olan və tənha yaşayan sakinləri və Hemodializ xəstələrini ziyarət etmiş, onlara dezinfeksiya edici və müxtəlif virusdan qoruyucu tibbi vasitələr ibarət yardım ilə köməklik göstəriblər.

Tovuz rayonu sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra az çıxırlar. Bu gün də könüllülərdən ibarət mobil qrup üzvləri gün ərzində gəzərək vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar verib, sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli bukletləri rayonun ictimai yerlərində, o cümlədən dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə sakinlərə paylamış və onlara #EvdəQal araq özlərini və digər vətəndaşlarımızı qorumağa çağırış etmişdilər.

#Koronavirus #Coronavirus #COVID19 #koronavirusazerbaycan #Bizbirlikdəgüclü #coronavirusazerbaijan
#EvdəQal
#TovuzASAN
#ASANvolunteers
#TovuzASANkönüllüləri
#NazirlərKabineti #Operativqərargah #CabinetofMinisters #EduAz #İRM #Mərkəz #Kitaboxu #bizbirlikdəgüclüyük
#asankönüllüləri #evdəqalAZƏRBAYCAN #virusgördüyüntədbirlərdəngüclüdeyil

Mövzunu Facebookda şərh et