Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alındı

13:03 | 5 Aprel, 2020

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.

Reportun yerli bürosu xəbər verir ki, həmin şəxs 81 yaşlı qadındır.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.

Mövzunu Facebookda şərh et