Dünyada sutka ərzində daha 79 min koronavirus yoluxma halları qeydə alınıb

13:32 | 5 Aprel, 2020

Son 24 saat ərzində dünyada koronavirusa yoluxanların sayı 79 min nəfərdən çox artıb, 6 mindən çox insan ölüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirib.

Statistikaya əsasən, dünyada 1 202 546 xəstə və 64732 ölən qeydə alınıb. Xəstəliyə yoluxanların sayı sutka ərzində 79,332 nəfər artıb, ölənlərin sayı isə 6664 nəfər artıb.

Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb – müvafiq olaraq 583,141 və 42,334 hal. Gün ərzində oradakı xəstələnənlərin sayı 41333 nəfər artıb, ölüm hallarının sayı isə 5231 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 279 543 nəfər koronavirusa yoluxub, 6 802 nəfər vəfat edib. Xəstəliyə görə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. Aprelin 4-nə olan vəziyyətə görə, orada 110 362 xəstələnən və 3 809 ölüm hadisəsi aşkar edilib.

Yoluxanların ən çox sayı ABŞ-da qeydə alınıb – 311 635 nəfər. Bunun ardınca İtaliya (126 168), İspaniya (124 632), Almaniya (96 092) və Fransa (89 669) gedir.

Mövzunu Facebookda şərh et