İranda zəlzələ qeydə alınıb

14:15 | 5 Aprel, 2020

İranın cәnub-şәrqindә yerlәşәn Kirman vilayәtinin Kahnuc rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ aprelin 4-də yerli vaxtla saat 20:36-da, 8 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Mövzunu Facebookda şərh et