Almaniyada koronavirusa yoluxanların sayı 90 mini keçib

14:23 | 5 Aprel, 2020

Almaniyada koronavirusdan ölənlərin sayı 1444 olub, 96 092 nəfər isə bu virusa yoluxub.

Editor.az xəbər verir ki, statistikanı “worldometers.info” saytı yayıb.

Almaniyada koronavirusun episentri Bavariya hesab olunur. Ondan sonra Şimali Reyn – Vestfaliya və Baden – Vürtemberq gəlir. Ölkədə ümumilikdə 24 mindən insan sağalaraq xəstəxanaları tərk edib.

Son sutka ərzində ölkə ərazisində təxminən 166 nəfər virusun qurbanına çevrilib, təxminən 6 min nəfər virusa yoluxub.

Mövzunu Facebookda şərh et