backend

Əli Həsənovun nəvəsinin vurduğu türk vətəndaşların vəziyyəti necədir? – Xəstəxanadan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq “Baku Medical Plaza”ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.
Ankaradakı Gülhanə Hospitalından sputnik.az-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır. Onun həyat yoldaşı Songül Tekiş isə döş qəfəs nahiyyəsindən müalicə almağa davam edir. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən “Mercedes Gelandewagen” markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.