Koronavirusdan ən çox ölüm halının qeydə alındığı beş ölkə – SİYAHI

11:32 | 6 Aprel, 2020

Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Editor.az Worldometers.info-ya istinadən xəbər verir ki, ümumilikdə, dünyada 69 501 nəfər COVID-19 pandemiyasından vəfat edib.

Koronavirusdan ölüm hallarının ən çox qeydə alındığı beş ölkənin statistikasını təqdim edirik:

İtaliya – 15 887 nəfər;

İspaniya – 12 641 nəfər;

ABŞ – 9 620 nəfər;

Fransa – 8 078 nəfər;

Böyük Britaniya – 4 934 nəfər.

Mövzunu Facebookda şərh et