Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötübbackend

Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutkada Kanadada koronavirusa yoluxanların sayı 1,6 mindən çox artaraq 15 512-ə yüksəlib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazərliyi xəbər yayıb.

Ən çox yoluxma halları Kvebek (7.444), Ontario (4.388) və Alberta (1250) əyalətlərindədir.

Kanadada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 15-də qeydə alınıb, indiyədək 280 nəfər ölüb, 3 min nəfər isə sağalıb. Yoluxma hadisələri Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.

Ölkənin əyalətlərinin yarıdan çoxu fövqəladə vəziyyət tətbiq edib. Martın 21-də Kanadanın Baş naziri Castin Trüdo, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan ediləcəyini istisna etmədiyini, martın 29-da isə vəziyyətin pisləşəcəyi təqdirdə hərbi qüvvələrin pandemiya ilə mübarizəyə səfərbər oluna biləcəyini söyləyib.