backend

İŞİD müxaliflərə hücum etdi: çox sayda ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın cənubundakı Dera bölgəsində müxalif qüvvələrin düşərgəsinə hücum təşkil edilib.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, İslam Ordusunun təlim düşərgəsinin yataqxanasına edilən hücum nəticəsində azı 25 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Qrupun aktiv üzvlərindən olan Əbül Müsənnə Əl Xalidi bildirib ki, hücumun İŞİD terror qrupu tərəfindən törədildiyini fikirləşirik.
Xalidi düşərgənin qapalı olduğunu, terrorçunun təpələrdən gələrək bölgəyə keçdiyini deyib.
Hadisədən sonra yaralılar dərhal xəstəxanaya yerləşdirilib.