İranlı turistlər Azərbaycana axın edir – VİDEO

23:46 | 12 Mart, 2017

Hər il olduğu kimi Novruz Bayramı ilə əlaqədar olaraq minlərlə İran vətəndaşının Azərbaycana turist kimi axını gözlənilir.
onların bir qismi isə artıq Bakıdadır. Turistlərin gəlməsi isə kirayə evlərə olan tələbatı artırıb. Mənzillərini kirayə verən şəxslər bildirir ki, kirayə evlər təxminən bir həftə 10 gün müddətində Bakıda qalmaq istəyən İranlı turistlər üçün əlverişlidir. Onların kirayə evlərdə qalması elə ev sahiblərinin də ürəyincədir.
Ancaq bəzi ev kirayə verənlər isə düşünür ki, ev sahibləri bəzən İranlı turistlərə o qədər yüksək məbləğ deyirlər ki, bu da onları kirayə evlərdə qalmaqdan uzaqlaşdırır.
Mütəxəssislər bildirir ki, ev sahibləri əslində normal qiymət desələr İranlılar otellərdən çox evlərə üstünlük verərlər. Ancaq bəzən qiymətlərin həddən artıq və əsassız şişirdilməsi onları əlavə gəlirdən məhrum edə bilər. Bundan başqa İranlı turistlərə ev verərkən onları aldatmamaq və inam yaratmaq da əsas şərtlərdən biridir. Çünki əgər hansısa kirayə evdə qiymət məsələsində ya da evin şəraiti ilə bağlı aldadıldığını düşünən turistlər növbəti dəfə bu mənzillərə üz tutmayacaqlar.
//xezerxeber.az