Rusiyalı futbolçu nişanlısına görə karantin qaydasını pozdu

21:48 | 6 Aprel, 2020

Rusiya millisinin üzvü Fyodor Smolov karantin qaydalarını pozub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, “Selta”nın hücumçusu İspaniyanı tərk edərək, Rusiyaya qayıdıb. 30 yaşlı futbolçu 18 yaşlı nişanlısı Mariya Yumaşevanı görmək üçün bu addımı atıb.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin nəvəsi olan Yumaşeva üçün xüsusi təyyarə kirayələyən Smolov “Selta” rəhbərliyinin qadağasına baxmayaraq, Rusiyaya gedib.

Viqo təmsilçisinin onu cərimələyəcəyi bildirilib.

Qeyd edək ki, İspaniyada koronavirusdan 13 mindən çox insan ölüb.

Mövzunu Facebookda şərh et