Karantin rejimi pozan müğənni izləyicilər tərəfindən tənqid olundu – FOTO

23:25 | 6 Aprel, 2020

Məşhur müğənni Demet Akalın Türkiyədə hökm sürən ciddi karantin rejimi pozub.

Editor.az ölkə.az-a istinadən bildirir ki, günlərdir Akalın izləyicilərinə daim “evdə qal, özünü təcrid et” deyərək İnstaqram hesabından müxtəlif paylaşımlar edir.

Müğənni evinə aşpaz və bir neçə restoran işçisi dəvət edərək, həyətində kabab bişitdirib. İnstaqram-da 9 milyon izləyicisi olan Demet Akalın bu paylaşımına görə tənqidlərə məruz qalıb.

Mövzunu Facebookda şərh et