Boris Conson reanimasiya şöbəsinə köçürülüb

09:02 | 7 Aprel, 2020

Koronavirusa yoluxan Böyük Britaniya Baş naziri Boris Consonun vəziyyəti pisləşib, o intensiv terapiya şöbəsinə köçürülüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə hökumət başçısının Dauninq küçəsi 10-da yerləşən ofisi tərəfindən yayılan bəyanatda deyilir.

Sənəddə deyilir ki, aprelin 6-sı axşam baş nazirin vəziyyəti pisləşdi və həkimlərin tövsiyəsi ilə intensiv terapiya şöbəsinə köçürülüb:

“Baş nazir Xarici İşlər Naziri Dominik Raabdan lazım olduğu yerdə onu əvəz etməsini xahiş edib”.

Mövzunu Facebookda şərh et