Səudiyyə Ərəbistanı bir neçə bölgədə komendant saatı tətbiq edib

09:24 | 7 Aprel, 2020

Səudiyyə Ərəbistanının paytaxt Riyad da daxil olmaqla, ölkənin bir neçə bölgəsində 24 saat komendant saatı tətbiq edilib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, tam komendant saatı Dammam, Dahran, Ciddə, Tabuk, Hofuf və Ər-Riyad şəhərlərində, eləcə də Ciddə, Taif, El-Katif və Əl-Xobar əyalətlərində “dərhal və daha sonra xəbərdar edilməsindəndək qüvvəyə minir”.

Qeyd edilirki, bu tədbirlər koronavirusun yayılmasına qarşı görülüb. Sakinlərə yalnız səhər 6-dan axşam 3-dək evin yanında yerləşən aptek və ərzaq mağazalarına getmək üçün icazə veriləcək. Məhdudiyyətlər iqtisadiyyatın həyati sahələrində çalışan insanlara aid edilmir.

Mövzunu Facebookda şərh et