Aleksandr Əliyevdə koronavirus simptomları aşkarlandı – FOTO

10:38 | 7 Aprel, 2020

Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və Moskva “Lokomotiv”inin sabiq futbolçusu Aleksandr Əliyev koronavirus simptomları ilə üzləşib.

Editor.az A.Əliyev “Instagram” hesabından yaydığı açıqlamasında 37,4 – 37,5 dərəcə temperaturunun olduğunu bildirib.

Hazırda həvəskarlar liqasında çıxış edən 35 yaşlı futbolçu yalnız öskürdüyünü və özünü yaxşı hiss etdiyini, ancaq məsləhətə ehtiyacı olduğunu deyib.

O, həmin gün qızı ilə gəzintiyə çıxdığını da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl A.Əliyev yayılan koronavirus pandemiyasının saxta olduğunu bildirmişdi.

Mövzunu Facebookda şərh et