Bakıda azyaşlı öz qardaşının qulağını dişləyərək qoparıb

11:28 | 7 Aprel, 2020

Bakının Xətai rayonunda evdə 16 yaşlı yeniyetmə xəsarət alıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

2004-cü il təvəllüdlü Ağayev Nəcəf Cəmil oğlu kiçik qardaşı ilə mübahisə edib. Azyaşlı onun qulağını dişləyib. Yaralı qulaq seyvanının cırılmış və qopmuş diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Həkimlər onun qulağına tikiş qoyub.

Mövzunu Facebookda şərh et