Moskvada daha iki nəfər koronavirusdan ölüb

11:53 | 7 Aprel, 2020

Rusya paytaxtında təsdiqlənmiş yeni növ koronavirus infeksiyasından daha iki xəstə ölüb, onlarda da ikitərəfli pnevmoniya və digər xəstəliklərin olduğu bildirilir.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqədar vəziyyətin monitorinqi üzrə yaradılmış operativ qərargah məlumat yayıb.

“Təsdqilənmiş ikitərəfli pnevmoniya və koronavirus testi müsbət nəticə verən iki xəstə Moskvada öldü. Xəstələr 67 və 72 yaşlarında idi. Hər iki xəstədə digər xəstəliklər də var idi. Bunların arasında xroniki bronxit, şəkərli diabet, hipertoniya və kardioskleroz da var”, – deyə məlumatda qeyd olunub.

Mövzunu Facebookda şərh et