Ukraynada karantin rejimini pozan 46 şəxs barəsində cinayət işi açılıb

11:54 | 7 Aprel, 2020

Ukraynada koronavirusla bağlı elan edilən karantin rejiminin pozulması ilə bağlı 3 min 922 inzibati protokol tətbiq edilib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Bundan başqa karantin rejimini pozan 46 şəxs barəsində cinayət işi açılıb.

Qeyd edək ki, aprelin 6-dan Ukraynada karantin şərtləri sərtləşdirilib. Ölkədə maskasız və respiratorsuz, uşaqlar istisna olmaqla, iki nəfərdən artıq, yaşı 16-dan aşağı olmamaqla gəzənlər, kütləvi-mədəni, idman, dini tədbirlərdə 10 nəfərdən artıq iştirak edənlər cərimələnəcək.
Xatırladaq ki, sərtləşdirilmiş karantin müddəti aprelin 24-ə kimi davam edəcək.

Mövzunu Facebookda şərh et