Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu, üzr istədi

18:43 | 7 Aprel, 2020

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark karantin rejimini pozub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, nazir velosipedlə yaşayış yerindən uzaqlaşıb.

Daha sonra o, ailəsi ilə birlikdə çimərliyə getdiyini etiraf edib.

Karantin rejimini iki dəfə pozduğu üçün üzr istəyən D.Klark istefa verməyə hazır olduğunu deyib.

Baş nazir Casinda Ardern koronavirus epidemiyasının davam etməsi ilə əlaqədar istefanı hələlik qəbul etməyib.

Qeyd edək ki, Yeni Zelandiyada bu günədək 1 160 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb.

Mövzunu Facebookda şərh et