AMEA: Havanın soyumasına səbəb…

18:45 | 7 Aprel, 2020

Azərbaycanda hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib.

O deyi ki, aprelin 9-u gündüz saatlarınadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçməsi, temperaturun tədricən aşağı enməsi, dağlıq ərazilərdə isə qar yağması gözlənilir.

M. Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün səciyyəvidir. Onun sözlərinə görə, bu dövrdə qarın yağması ötən illərdə də müşahidə edilib.

Mövzunu Facebookda şərh et