İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı

19:13 | 7 Aprel, 2020

İspaniyada son sutka ərzində 743 nəfərin koronavirusdan ölümü qeydə alınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu rəqəm ötən gün qeydə alınan göstəricidən 100 nəfər çox olub.

Ölkədə virusa yoluxanların sayı son sutkada 5 478 nəfər artıb.

Bu günədək İspaniyada 140 510 nəfər koronavirusa yoluxub, 13 798 nəfər vəfat edib, 43 208 nəfər virusdan sağalıb.

Mövzunu Facebookda şərh et