“COVID-19-la mübarizəyə əlavə 5,9 milyon tibb bacısı cəlb edilməlidir” – ÜST

19:30 | 7 Aprel, 2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusla mübarizə aparmaq üçün tibb bacılarının çatışmazlığı məsələsini gündəmə gətirib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar dünya səhiyyəsinə əlavə olaraq, 5,9 milyon tibbi bacısı cəlb edilməlidir.

Tibb bacılarının çatışmazlığından ən çox əziyyət çəkən bölgələr Afrika, Cənub-Şərqi Asiya, Şərqi Aralıq və Latın Amerikası ölkələridir.

Mövzunu Facebookda şərh et