İranda Ordu Günü paradı ləğv edildi

19:51 | 7 Aprel, 2020

17 apreldə İran Ordu Günü münasibəti ilə parad keçirilməyəcək.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu İran ordusunun qərargah rəisi kontr-admiral Həbibulla Səyyari mətbuat konfransında deyib.

H.Səyyarinin sözlərinə görə, bununla yanaşı, İran İslam Respublikasının banisi İmam Xomeyninin məqbərəsində hərbçilər və prezidentin iştirakı ilə nəzərdə tutulan tədbir də keçirilməyəcək.

İranlı hərbi rəsmi deyib ki, 1979-cu ildən bəri hər il parad keçirilib. Bu il isə İranda Ordu Günü paradının əvəzinə “Vətən müdafiəçiləri və Sağlamlıq köməkçiləri” devizi ilə “Xidmət Paradı” keçiriləcək. Belə ki, ordu ölkə ərazisində sağlamlığın qorunması məqsədilə bir sıra tədbirlər görəcəklər.

Səyyari əlavə edib ki, İranda koronavirus yayıldığı gündən orduda səhərlər heç bir tədbir keçirilməyib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (6 aprel) İranda 60 500 nəfərin koronavirusa yoluxduğunu, 3 739 nəfərin öldüyünü və 24 236 nəfərin sağaldığını təsdiqləyib.

Mövzunu Facebookda şərh et