Koronavirusla mübarizəyə ən çox bu müğənni pul ayırdı

19:59 | 7 Aprel, 2020

Dünyaca məşhur müğənni Ledi Qaqa Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 35 milyon dollar ianə verib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da o, koronavirus pandemiyası ilə mübarizəyə ən çox vəsait ayıran sənətçi olub.

“Bu tarixi və bənzəri görülməmiş mədəni hərəkətin ciddiliyini vurğulamaq istəyirəm. Niyyətim insan ruhunun gücünü qeyd etmək və insanları cəsarətləndirməkdir”, – deyə Qaqa ÜST-nin mətbuat konfransında bildirib.

Mövzunu Facebookda şərh et