Rusiyada koronavirusdan müalicə üçün üç dərmanın sınaqlarına başlanılıb

12:53 | 8 Aprel, 2020

Rusiyada koronavirusdan müalicə üçün üç adda dərmanın sınaqlarına başlanılıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyada “Mefloxin”, “Hidroksixlorxin” və “Kolidavir” dərmanlarının koronavirusun müalicəsi üçün sınaqdan keçirilməsinə başlanılıb. Bu barədə Rusiya Federal Tibbi-Biologiya Agentliyi məlumat yayıb. Sınaqlar yazılı icazəsi alınmış COVID-19 infeksiyasına yoluxan xəstələrin üzərində aparılacaq.

Mövzunu Facebookda şərh et