Millət vəkili Müşfiq Cəfərovdan tənha yaşayan seçicilərinə yardım-FOTOLAR

21:37 | 8 Aprel, 2020

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərinə yardımlar edilir.

Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov seçildiyi 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsində yaşayan tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərində olub, onlara müxtəlif ərzaq məhsullarından, gigiyenik vasitələrdən ibarət sovqatlar çatdırıb.

Millət vəkili həmçinin qayğıya ehtiyacı olan yaşlı insanlara koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat verib.

//Editor.az

Mövzunu Facebookda şərh et