Bakıda yol qəzası: xəsarət alan var

21:50 | 8 Aprel, 2020

Bakıda yol qəzası baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarında hərəkətsiz halda dayanan “Priora” markalı avtomobilə çırpılıb.

Qəza zamanı “Mercedes”in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.

Mövzunu Facebookda şərh et