Bir həftə öncə nişanlanmışdı, bıçaqlanaraq öldürüldü – FOTO

14:16 | 14 Avqust, 2017

Bir həftə əvvəl nəzarətə alınan, bir İŞİD terrorçusu tərəfindən bıçaqlanaraq öldürülən İstanbul polis məmuru Sinan Acar haqqında tükürpədici detalların üstü açılıb.
Sinan Acar bir həftə əvvəl nişanlanıbmış.
Ötən axşam saat 22:45 radələrində terrorçunun hücumu zamanı ağır yaralanan Sinan Acarın bütün tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək olmayıb. İŞİD terrorçusu hadisə yerində başqa bir polis məmuru tərəfindən vurulub.

Şəhidin valideynlərinin həmin axşam yaxın qohumlarının toyları üçün Ankaraya getdiyi məlum olub.
Şəhid polisin 18 avqustda doğum günü olacaqdı.
Acarın cənazəsi bu gün torpağa tapşırılacaq.
//////Milli.Az

Mövzunu Facebookda şərh et