Bura ön cəbhədir – Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanadan VİDEO

22:33 | 8 Aprel, 2020

BBC koronaviruslu xəstələrin müalicə edildiyi xəstəxanadan reportaj hazırlayıb.

BBC-nin xüsusi müxbiri Fergus Walsh Londonda koronaviruslu xəstələrin saxlanıldığı “University College Hospital”ındakı vəziyyətlə tanış olub.

Xüsusi qoruyucu geyimlə xəstələrin yanına girən müxbir bildirib ki, burada saxlanılanlar ən ağır vəziyyətdə olanlardır.

O, reportajına “Bura ön cəbhədir” sözləri ilə başlayıb.

BBC-nin süjetini təqim edirik:

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1,432,098 nəfər yoluxub. 82,099 nəfər bu virusdan ölüb, 302,247 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.


//milli.az

Mövzunu Facebookda şərh et