Cenniferin toyu da təxirə düşdü

22:38 | 8 Aprel, 2020

Dünya ulduzu Cennifer Lopezin toyu koronavirusa görə təxirə salınıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənni bu barədə qonaq olduğu “Ellen DeGeneres” proqramında danışıb.

Pop ulduz nişanlısı Aleks Rodriqeslə nikah tarixinin ləğv olunduğunu qeyd edib: “Toy planları qururduq, amma təxirə salmağa məcbur olduq. Məkan, dekorasiya, gəlinlik barədə araşdırma aparırdım. Amma COVİD-19 epidemiyasına görə hər kəs özünü karantinə aldı. Gözləmək məcburiyyətindəyik. Bir neçə ay bu fikrimizdən daşınmışıq, görək nəticə necə olacaq”.

Mövzunu Facebookda şərh et