İngiltərə kubu futbolçularını maaşsız tətilə göndərdi

22:51 | 8 Aprel, 2020

İngiltərənin “Sanderlend” klubu koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar gözlənilməz qərar qəbul edib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, 3-cü liqada mübarizə aparan klub bütün oyunçularını tətilə göndərib.

Bəzi klub rəsmilərinin və baş məşqçi Fil Parkinsonun isə evdən işinə davam edəcəyi açıqlanıb. Klub tətilə göndərilənlərə maaş verilməyəcəyini də bildirib.

Mövzunu Facebookda şərh et