Bakıda “Köhnə Hamam” deyilən tikilidə kişi meyiti tapıldı

23:42 | 8 Aprel, 2020

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mövzunu Facebookda şərh et