Rusiyanın Əməkdar artistini evində döydülər

23:45 | 8 Aprel, 2020

Rusiyanın Əməkdar artisti, “Na-na” qrupunun ilk solisti Valeri Yurinə hücum olub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxslər 53 yaşlı sənətçini döyüblər.

Başından zərbələr alan müğənni xəstəxanaya aparılıb, ona kəllə-beyin diaqnozu qoyulub.

Polis kimlərin hansı səbəbdən sənətçiyə hücum etdiyini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, Əməkdar artist 2016-cı ildə də naməlum şəxslər tərəfindən döyülmüşdü.

Mövzunu Facebookda şərh et