backend

Tovuzda hamilə qadının beyninə qan sızdı – Xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz rayonunda hamilə qadın dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasının Doğum evində baş verib. Rayon sakini Əliyeva Oksana Fazil qızı avqustun 1-də doğum evinə yerləşdirilib.
Avqustun 13-də qadının beyninə qan sızıb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.