Sərnişin təyyarəsi atəşə tutulub

14:24 | 13 Aprel, 2020

Konqonun Puent-Nuar şəhərinin hava limanında “Air France” aviaşirkətinin A330 sərnişin təyyarəsi atəşə tutulub.

Bu barədə aviaşirkətin nümayəndələri “Agence France Presse”ə bildiriblər.

Bildirilir ki, təyyarə pandemiya şəraitində Afrikada olan Fransa vətəndaşlarının qaytarılması üçün nəzərdə tutulurdu. Təyyarə, həmçinin Mərkəzi Afrika Respublikasında olan fransalıları da götürmək üçün Banqidə eniş edəcəkdi.

Aviaşirkətin məlumatına əsasən, təyyarə Puent-Nuar şəhərinin hava limanında dayanacaqda atəşə tutulub: “İnsident zamanı təyyarədə heyət üzvləri və sərnişinlər olmayıb”.

//Trend

Mövzunu Facebookda şərh et