Tacikistan koronavirusa meydan oxuyur: Bayrama hazırlıq gedir

00:21 | 14 Aprel, 2020

Tacikistanın paytaxtında kütləvi bayram tədbirinə hazırlıq gedir.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, Düşənbə şəhərinin 96 yaşı tamam olur.

Qeyd edək ki, hər il aprelin üçüncü həftəsində qeyd olunan bayram çərçivəsində kütləvi yürüşlər də planlaşdırılır.

Tacikistan hazırda koronavirusun qeydə alınmadığı son “qalalardan” hesab olunur. Burada indiyə kimi COVID-19-a bir yoluxma belə qeydə alınmayıb.

Mövzunu Facebookda şərh et