Bundesliqanın taleyi aprelin 23-də məlum olacaq

16:37 | 15 Aprel, 2020

Almaniyada futbol liqalarının taleyinə aprel ayının 23-də aydınlıq gətiriləcək.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Birliyi məlumat yayıb. Açıqlamada Bundesliqa və Bundesliqa 2-nin taleyini həll edəcək iclasın vaxtının dəyişdirildiyi bildirilib.

Qeyd edilib ki, klublara daha çox zaman vermək məqsədilə aprel ayının 17-də keçirilməli olan iclasın vaxtı aprelin 23-nə dəyişdirilib.

Bundan əvvəl Almaniya Futbol Birliyinin rəhbəri Kristian Zayfert çepionatı may ayında bərpa edib, iyun ayında bitirmək niyyətində olduqlarını demişdi.

Qeyd edək ki, Almaniyada futbol çempionatları aprel ayının 30-dək təxirə salınmışdı.

Mövzunu Facebookda şərh et