backend

Xəzərdə zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 00:33-də Xəzər dənizində 3.4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.