“Millət öz kefindədir” – Aygün

22:32 | 15 Aprel, 2020

“Karantinin ilk günündən evdən çölə çıxmırıq. Evdə oturaq, bu bəladan tez qurtularaq. İndi verilişə gəlmək üçün evdən çıxdım, bir az hava dəydi mənə”.

Editor.az  Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova “Ən yaxşısı” verilişində deyib. İfaçı karantin günlərini necə keçirməsindən söz açıb:

“Üç uşağa baxıram. Yemək bişir, yu, evi təmizlə… Günün hardan başladığını və bitdiyini heç bilmirəm. Uşaqlar darıxanda eyvana çıxırlar. Bir müddətlikdir. Heç kim evdən çıxmasın.

O gün aptekə getmək üçün evdən çıxdım. Baxıram ki, millət öz kefindədir. Hamı küçələrdə. Qaydalara əməl etməliyik ki, bəladan da tez xilas olaq”.

Mövzunu Facebookda şərh et