backend

Masallıda ana və iki azyaşlı övladı yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.
Hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə, ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıblar.
Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.
 
///apa