backend

Millət vəkili: "Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən əhəmiyyətli məkanlardan biridir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən əhəmiyyətli məkanlardan biridir». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, bu amil Azərbaycana dünya ictimaiyyəti və siyasi dairələr tərəfindən verilən önəmdir”. Onun sözlərinə görə, Azərbaycanda keçirilən tədbirlər yüksək səviyyədə təşkil edilir.
«Ötən dövr ərzində ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi infrastruktur yaradılıb. Belə ki, nəqliyyat infrastrukturu, mehmanxanaların dünya standartlarına uyğun xidmətini cəlbedici faktor kimi qeyd etmək olar. Hesab edirəm ki, bütün bunlar Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsidir»- deyə, deputat qeyd edib.
//Editor.az