backend

Neymar və Ronaldudan Barselona teraktı ilə bağlı paylaşım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün terrorçu 60 km/sat sürətlə hərəkət edən mikroavtobusu Barselonanın Las Ramblas meydanında insanların üzərinə sürüb. Hücum nəticəsində 13 nəfər ölüb, 100-dən çox yaralı var. Xəsarət alanlardan azı 18-i xarici ölkənin vətəndaşlarıdır. Bu gün səhər saatlarında isə İspaniyada növbəti terror aktı törədilib.
Milli.Az xəbər verir ki, terrordan sonra sosial şəbəkədə prayforBarcelona həştəqi ilə paylaşımlar edilib. Paylaşımlar arasında məşhurlardan “Real”ın ulduzu Kriştianu Ronaldunun və PSJ-nin oyunçusu Neymarın statusları diqqət çəkib.

Onlar terrakt nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, terroru lənətləyiblər.