Nyu-Yorkda koronavirusa yoluxanların sayı artıbbackend

Nyu-Yorkda koronavirusa yoluxanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York ştatında yeni növ koronavirusa daha 6 244 yoluxma halı qeydə alınıb.

Bu barədə ştatın qubernatoru Endyu Kuomonun saytında yerləşdirilən məlumatda deyilir.

Mlumatda bildirilir: “Nyu-York ştatında koronavirusa 6 244 yeni yoluxma halı təsdiqlənib, yoluxanların ümumi sayı 263 460 nəfərə çatıb”.

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, ABŞ-da yeni koronavirusa 856,2 mindən artıq yoluxma halı qeydə alınıb. Bildirilir ki, 47 272 nəfər dünyasını dəyişib, 78 339 nəfər isə sağalıb.

//Trend