“Messi yalançı və təxribatçıdır“

23:56 | 24 Aprel, 2020

“Real”ın sabiq qapıçısı Eji Dudek avtobioqrafik kitabında “Barselona” ilə oyun barədə də yazıb.

Editor.az sportinfo.az-a istinadən xəbər verir ki, Dudek “Barselona”lıları yaxşı xarakterizə etməyib.

Dudek “Real”da 2007-2011-ci illərdə çıxış edib. O, Messinin də göründüyü kimi sakit insan olmadığını vurğulayıb: “Messi də bütün “Barselona”lılar və Qvardiola kimi yalançı və təxribatçı idi. Onlar hər zaman sizi təhrik etməyə hazır idilər və bunu mükəmməl bacarırdılar.

Onlar belə hərəkətlərlə Joze Mourinyoya, bütün komandaya böyük zərər vurdular. Siz təsəvvür də etməzsiniz ki, mən Messinin dilindən Pepe və Ramosun ünvanına necə ağır ifadələr eşitmişəm. Adamın inanmağı gəlmirdi ki, belə sakit adam bu cür sözlər işlədər”.

Mövzunu Facebookda şərh et