backend

Nazir: "Boliviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

bu sözləri Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat üçün verdiyi bəyanatında deyib.
Görüşdə Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və bu xüsusda Boliviya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdiblər.
Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd ediblər. Həmçinin iki ölkə arasında Qoşulmama Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladaraq Azərbaycanın Qoşulmama Hərəkatı dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin hərəkatın xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Nazirlər Azərbaycan və Boloviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan edərək dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu vurğulayıblar, aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.
//APA