Pompeo İrana qarşı silah embarqosunun uzadılması planını hazırlayırbackend

Pompeo İrana qarşı silah embarqosunun uzadılması planını hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı silah embarqosunun uzadılması və ya sərt sanksiyaların yenilənməsi üçün plan hazırlanması ilə məşğuldur.

Bu barədə “New York Times” diplomatik mənbələrə istinadən məlumat yayıb.

BMT Təhlükəsizlik Şurası İran hökumətinə qarşı silah embarqosunun uzadılmasına icazə verməyəcəyi halda ABŞ hakimiyyəti sözügedən planı rəhbər tutmağı planlaşdırır.

Mənbə qeyd edir ki, Rusiya və Çin embarqonun yenilənməsinə veto qoya bilər. Öz növbəsində, Vaşinqton Birgə Hərtərəfli Fəaliyyət Planında formal iştirakla bağlı xatırlatma edəcək və bundan sonra İranı razılaşmanı pozmaqda ittiham edəcək. Bundan sonra ABŞ hakimiyyəti Tehrana qarşı daha sərt sanksiyaları tətbiq etməyi planlaşdırır.

“BMT Təhlükəsizlik Şurasında silah embarqosunun qorunub saxlanması üçün bütün diplomatik imkanlarımızdan istifadə etməyə hazırıq”, – mənbə bildirib.