Xoşqədəm Hidayətqızının ərinin keçmiş sevgilisi yenidən üzə çıxdı- FOTOLAR

15:30 | 28 Aprel, 2020

Uzun müddətdir efirlərdə görünməyən Türkiyəli müəğənni Hilal Cebeci yenidən ortaya çıxıb. Müğənni ona sosial şəbəkədə video çəkərək evlənmə təklifi göndərən şəxslərə cavab verib.

Bir vaxtlar sosial şəbəkədə paylaşdığı cəsur pozalı fotoları ilə gündəm olan müğənni aldığı təkliflərə reaksiya verib və evli olduğunu deyib:

“Mənə evlilik təklif etməyin. 7 ildir evliyəm. Ümid edirəm ürəyinizə görə, xoşbəxt olacağınız biri ilə evlənərsiniz.

Əziz sevənlərim, 2013-ci ildə Londonda səssizcə evləndim. Yoldaşımın məndən tək xahişi şou biznesdən uzaq yaşamağımdır.

Buna görə məni görə bilmirsiniz. Bu mövzuda təpki verdiyinizi də anlayıram. Amma onsuz da sosial şəbəkədəki səhifələrimdən məni izləyə bilirsiniz. Ümid edirəm vəziyyəti başa düşəcəksiniz. Sizi çox sevirəm”.

Qeyd edək ki, Hilal Cebeci hazırda azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan Doğuşun keçmiş sevgilisidir. Hətta bir vaxtlar cütlüyün nişanlandıqları və evlənəcəyi də iddia edilmişdi.

Cütlük birlikdə “Gamsız” klibində də rol alıb.

Doğuş 2006-cı ildə H.Cəbəcidən ayrıldıqdan sonra başqa bir xanımla ailə həyatı qurmuşdu.

Hilal Cəbəci özü kimi müğənni olan sevgilisindən ayrıldıqdan sonra “tvitter”də “Doğuş Kama-Sutra aşiqidir” deyə bildirmişdi.

Doğuş isə sonradan mətbuata açıqlamasında “Hilal Cebeci məndən ayrıldıqdan sonra 50 şəxslə birlikdə oldu” demişdi.(unikal.org)

 

 

//unikal.org

Mövzunu Facebookda şərh et