Gəncədə qumarda 10 manata görə dava: qadın ərini döyən kişini bıçaqladı

10:45 | 21 Avqust, 2017

Gəncədə baş verən hadisənin təfərrüatı məlum olub.
Qumar oyunu zamanı 10 manat üstündə dava düşüb. Nəticədə Sərdar Məmmədov Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Həmzə oğlu Ələsgərovu döyüb.
Bu zaman Azərin həyat yoldaşı Məmmədovu qarın nahiyəsindən bıçaqlayıb. Hadisədə döyülən A.Əsgərov da xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə saxlanılıb.
10.00
Gəncədə Məhsəti  qəsəbəsində baş verən dava zamanı daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Şəhərin Məhsəti qəsəbəsinə baçısı və oğlu 1997-ci il təvəllüdlü Ramil Rəhimovla qonaq gedən Sərdar Məmmədovla orada olan 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında dava düşüb. Nəticədə S. Məmmədov bıçaqlanıb. R. Rəhimov və A. Ələsgərovda müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərərfindən araşdırma aparılır.

///APA